AYNA xəbərdarlıq edir: "Nağd şəkildə pul ödəməyin!" - AÇIQLAMA

Paytaxtın İstiqlaliyyət küçəsində (Nizami bağının ətrafında) avtomobillərin parklanması ilə bağlı anlaşılmazlıq var. Küçənin hər iki tərəfində təşkil edilən parklanma yerlərindən biri Yerüstü Nəqliyyat Agentliyinin, digəri isə hələ də “parkinq mafiyası”nın nəzarətindədir.
Maraqlıdır ki, küçənin həm sağ, həm də sol tərəfində parklanmaya dair müvafiq yol nişanı və məlumat lövhələri quraşdırılıb.
Bununla belə, parklanma üçün ödənişlər küçənin sağ tərəfində (üzü “Nizami muzeyi”nə baxdıqda) qanuni, sol tərəfində isə qanunsuz şəkildə yığılır. İzləyicimiz yazır ki, Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları yolun sol tərəfindəki parklanma yerinə də nəzarəti təmin etmək istəyiblər. Amma qanunsuz fəaliyyət göstərən “parkovşik”lər agentliyin əməkdaşlarına güc tətbiq edərək onları həmin yerdən uzaqlaşdırıblar.
Bu hadisənin bir neçə həftə bundan öncə baş verdiyi, hətta olayla bağlı sosial şəbəkələrdə videonun yayıldığı deyilir.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən yeni qaydalar həm tariflərin özünü, həm şəhərin tarif zonalarını, eyni zamanda yığılan vəsaitin xərclənmə istiqamətini müəyyən edir. Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.
Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər 3 aya yaxındır ki, mobil tətbiq və sms vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir.
Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edirik. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur.
İstiqlaliyyət küçəsində də yolun hər iki kənarında yaradılan ödənişli parklanma zonasından istifadə edən sürücülər parklanmaya görə ödənişlərini yalnız nağdsız qaydada həyata keçirməlidirlər. Parklanmaya görə ödənişin edilməməsi və ya parklanma yerindən ödəniş edilən müddətdən artıq istifadə üçün əlavə ödənişin edilməməsi, nəqliyyat vasitəsinin qanunla müəyyən olunan parklanma üsulunu pozmaqla parklanmasına görə şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi 10 manat məbləğində cərimə edilir.
Sürücülərin diqqətinə bir daha çatdırırıq ki, həftənin bazar günləri, eləcə də günündən asılı olmayaraq saat 22:00-dan saat 07:00-dək parklanma ödənişsizdir. “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün də ödəniş tələb olunmur.
Orxan
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












