“AZAL qiymətləri endirməyəcək. Gözləyirəm, İrəvandan İstanbula 80 manata uçum ”

“Burada hamı təyyarə biletlərinin qiymətlərinin bahalığından danışdı. Yaxşı, nə olacaq? AZAL qiymətləri endirəcək?! Yox! Özümüz deyib, özümüz eşidəcəyik”.
Avtosfer.az xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentdə çıxışında deyib. O xatırladıb ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da İrəvandan İstanbula reys açdıqlarını bildirib:
“Qiymət də 80 manatdır. Mən də gözləyirəm ki, Zəngəzur Dəhlizi açılsın. Ora gedib o qiymətə uçuş edim. Benzin, dizel bizim… Üstəlik AZAL da subsidiya alır. Başqa ucuz şirkətlər gəlir, bir aydan sonra qaçıb gedirlər. Sözümüzün havada qalmaması üçün bəlkə bu barədə danışmayaq?! AZAL da qiymətləri qaldıra- qaldıra getsin. Allahın bir dənə “Zirə” komandasını da saxlaya bilmədi. Heç olmasa, komandanı saxlaya bilmirsən qardaş?! O gün oxuyuram ki, hoteldə 2 gecə 3 günlük qiymət 1750 manatdır. Mənim bir aylıq maaşımdır. Mən gedəcəm o hotelə? Əlbəttə, yox!”
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI











