Bəlkə kəmərə də bal tətbiq edilsin?

Azərbaycanda hər dəfə səs-küylü qəzadan sonra təhlükəsizlik kəmərindən istifadə məsələsi gündəmə gəlir. Doğrudur, kamera nəzarəti gücləndiyi üçün kəmərdən hüquq termini ilə desək, “nolens-volens” (istər-istəməz) istifadə edənlərin sayı artır. Lakin, statistika bu sahədə hələ çox iş görülməli olduğunu göstərir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev 2 həftə əvvəlki paylaşımında 2026-cı ilin ilk 10 ayı ərzində yol-nəqliyyat hadisələrində həlak olan sürücü və sərnişinlərin 32,1 faizinin, yaralananların isə 30,9 faizinin təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirib.
Azərbaycanda kiminsə təhlükəsizlik kəmərini taxmamağa açıq çağırış etdiyini görməmişik. Lakin, tanınmış şəxslər (burada nüfuzlu şəxslər deyil, məhz tanınmış şəxsləri nəzərdə tuturuq – müəl.) çox vaxt öz əməlləri ilə başqalarına pis nümunə olurlar. Kimdə kəmərsiz maşın sürür, kimi də kəməri kürəyinin arxasından keçirir ki, siqnal işə düşməsin.
Təhlükəsizlik kəmərindən istifadə məsələsində bəzi adamlar belə düşünürlər: onsuz da 40 manatdır, pulumu verib belə sürəcəm. Cərimə balı olmadığı üçün arxayınlıq yaranır. Belə bir fikir hakim olur ki, cərimə ilə problem həll olunmur, bal çıxılmadığı üçün risk də yoxdur.
Amma bütün ölkələrdə belə deyil. Məsələn, Fransada bu qayda pozuntusuna görə 130 avro (260 manat) cərimə və 3 cərimə balı tətbiq edilir. Üstəgəl, bu qaydanın müntəzəm pozulması residivizm hesab edilir. Müntəzəm şəkildə kəmər taxmamaqda israrlı sürücülərin 1500 avroyadək cərimələnməsi halları da az olmayıb.
İsveçrədə kəmər taxmayan sürücü 60 frank (120 AZN) cərimə ilə cəzalandırılır. Cərimə balının yazılması isə məhkəmənin səlahiyyətindədir. Üstəgəl, kəmər taxmayan sürücünün törətdiyi qəzaya görə sığorta məbləği azaldıla bilər.
Lüksemburq Hersoqluğunda cəza 145 avro cərimə və 2 baldır.
Bəlkə biz də sözügedən qayda pozuntusuna görə çox deyil, 1 bal tətbiq edək. Onda yəqin ki, kəmər taxmamaq ən urvatsız qayda pozuntusu hesab edilməz.
Mövzu ilə bağlı daha bir xəbər:
https://avtosfer.az/az/avtoxeber/tehlukesizlik-kemerinin-eleyhdarlari-urekli-oglanlardimi-345615
Vüqar
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...











