"Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biridir" - Əli Əsədov

Azərbaycan əlverişli coğrafi mövqeyi və müasir infrastrukturu sayəsində Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Almatıda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvləri və tərəfdaşları ilə əməkdaşlıq müxtəlif sahələrdə çoxsaylı qarşılıqlı faydalı layihələrlə zəngindir.
"Ticari-iqtisadi əməkdaşlığın davamlı müsbət dinamikası xüsusi məmnunluq doğurur. Ötən il Azərbaycanın Aİİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi 14 %-dən çox artıb. İnvestisiya əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasında böyük investisiya layihələri həyata keçirilir", - o bildirib.
Ə.Əsədov vurğulayıb ki, Azərbaycan iqtisadiyyatın müxtəlif sektorlarına qarşılıqlı investisiyaların səfərbər edilməsi məqsədilə Aİİ üzrə bəzi tərəfdaşlarla birgə investisiya fondları yaradıb və bu təşəbbüs artıq öz bəhrəsini verir.
"Ənənəvi olaraq nəqliyyat və tranzit sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Avropa və Asiyanın qovşağında əlverişli coğrafi mövqeyi, həmçinin müasir infrastrukturu sayəsində Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.
Azərbaycan ərazisindən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri keçir. Biz ərazimizdə bu nəqliyyat yollarının bütün komponentlərinin uğurlu fəaliyyətini təmin etmişik", - o qeyd edib.
Baş nazir həmçinin qeyd edib ki, Azərbaycan ərazisindən yük axını sabit templə artır. Ötən il tranzit daşımalarının həcmində 8 % artım olub.
"Yük axınının artım dinamikasını nəzərə alaraq, yuxarıda göstərilən dəhlizlərin gücünün artırılması istiqamətində fəal addımlar atırıq. Azərbaycan ərazisində dəmir yolu, avtomobil və liman infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı mütəmadi qaydada iş aparılır və biz bu infrastrukturu Aİİ-dəki tərəfdaşlarımıza öz tranzit ehtiyaclarını ödəmək üçün məmnuniyyətlə təqdim edirik", - Ə.Əsədov əlavə edib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












