Azərbaycan İranla sərhəddə körpü tikmək istəyir

“Azərbaycanın İranla sərhədində yeni körpünün tikintisinə bu il başlanılması planlaşdırılır”. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərində görə, Astaraçay çayı üzərində tikiləcək körpü İranın magistral yolunu birləşdirəcək: “Hazırda körpünün tikintisi ilə bağlı İran tərəfi ilə danışıqlar aparılır. AAYDA sədri Saleh Məmmədovun iştirakı ilə İrana rəsmi səfərlər təşkil edilib və körpünün tikintisi ilə bağlı müzakirələr aparılıb. Yeni tikililəcək körpü Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna aiddir”.
A.Nəcəfli vurğulayıb ki, Rusiya sərhədində Samur çayının üzərində körpünün tikintisi ilə bağlı layihəni iki ölkə birgə maliyyələşdirib: “İranla sərhəddə olan körpünün inşaasında da həmin maliyyələşdirmə mexanizmi tətbiq edilə bilər”.
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA












