Azərbaycanda 24 dərəcə isti - PROQNOZ

Azərbaycanda aprelin 8-də bəzi yerlərdə temperatur 24 dərəcəyə qədər qalxacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturuna gəlincə, gecə 5-8, gündüz 15-20 dərəcə isti olacaq. Rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 16-21 dərəcə, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacaq.
Fidan
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












