Azərbaycanda atanın oğlunu öldürməsinin ŞOK DETALLARI - VİDEO

"Tural qardaşım Valehə 20 il dağ çəkib. Qarlı havada qardaşımı lüt soyundurub, özü də evdə oturub, siqaret çəkib müşahidə edirdi. Deyib ki, oradan tərpənsən, öldürərəm". Avtosfer.az xəbər verir ki, bu sözləri münaqişə zəminində oğlu Turalı qətlə yetirən Valeh Cəfərovun qardaşı Novruz Cəfərov deyib. Onun sözlərinə görə, Valeh bu əməli etməyə məcbur qalıb: "20 ildən artıq idi ki, qardaşım buna dözürdü. Anasını təhqir edirdi. Ata öz ailəsinin təhqir olunduğunu, söyüldüyünü görür və artıq ayrı yol seçə bilmədi. 20 il Turala yol axtardı. Amma alınmadı. Həmin gecə evə içkili gəlib. Oturub yeyib-içib, sonra anasını və atasını təhqir edib.
Ata baxıb ki, oğul bunu öldürəcək. Gedib öz yatağında yatıb. Tural atasını yerindən qaldırıb ki, yanıma gələcəksən. Deyib ki, gəlməsən, səni yatdığın yerdə öldürəcəm. Artıq bu təhqirlərə doymuş ata bir zərbə ilə oğlunu öldürüb".
Xatırladaq ki, Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərov evində münaqişə zəminində oğlu Turalı qətlə yetirib. Hadisə fevralın 11-də saat 7 radələrində qeydə alınıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb.
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA











