Azərbaycanda bu marşrut sürücüləri işə çıxmaqdan imtina ediblər - VİDEO

Sumqayıtda 10A saylı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların sürücüləri bu gün səhər saatlarında işə çıxmaqdan imtina ediblər. Nəticədə əksər sərnişinlər səhər saatlarında yolda qalıblar. Sürücülər iddia edirlər ki, gündəlik planın məbləği yüksəkdir.
Avtosfer.az xəbər verir ki, ümumilikdə xətt üzrə 30 sürücü var. Bu gün onlardan 14-ü işləməli imiş. Sürücülər iddia edirlər ki, ödəməli olduqları gündəlik planın məbləği yüksəkdir. Buna görə də işə çıxmaqdan imtina ediblər.
Belə vəziyyətdə ən çox əziyyət çəkən isə sərnişinlər olub.
Məsələ ilə bağlı “Nəqliyyat MMC-1”in qaraj rəisi Sirac Səfərov bildirib ki, sürücülərin bu addımından xəbər tutan kimi onları idarəyə dəvət edərək görüş keçiriblər. Şikayətləri dinlənilib. Qərara alınıb ki, gündəlik planda güzəşt edilsin.
Həmçinin sürücülərlə bildirilib ki, gündəlik planın həcmi onları qane etmirsə, başqa xətt üzrə fəaliyyət göstərən avtobusda çalışa bilərlər. Lakin onlar bununla razılaşmayıblar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO












