Azərbaycanda ilkə imza atıldı: Kibertəhlükəsizlik sahəsində peşəkar hüquqi xidmətlər

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası yanında Kibercinayətkarlıq və Kibertəhlükəsizlik Komitəsinin sədri Asif Mustafayevin təsisçisi olduğu "Cybercrime Consulting" şirkəti fəaliyyət göstərdiyi qısa müddət ərzində bu sahədə ilk startap layihəsini ictimaiyyətə təqdim edib.
Bu barədə e-huquq.az-a Asif Mustafayev məlumat verib.
Kibertəhlükəsizlik üzrə ölkədə ilk ixtisaslaşmış hüquq konsaltinq ünvanı olmaqla (www.cybercrime.az) geniş spektrli xidmətlər təqdim edən şirkət rəhbəri bir çox ölkədə olduğu kimi Azərbaycanda da sözügedən sferanın yeni olduğunu, təbii olaraq bu sahədə ictimai münasibətləri tənzimləyən hüquqi bazanın kövrək olduğunu bildirib.
"Hazırda dövlət tərəfindən bu sahədə həm institusional, həm də qanunvericilik sahəsində yüksək intensivliklə kompleks təkmilləşdirmə tədbirləri həyata keçirilməkdədir ki, bu da mövzunun aktuallığını bir daha təsdiq edir", - A.Mustafayev qeyd edib.

Onun sözlərinə görə, fəaliyyətə başlamazdan əvvəl ölkənin biznes mühitində analoji xidmətlərə ehtiyac meyarı və mümkün kiber təhdidlərin müfəssəl risk qiymətləndirməsini aparmış bu yenilikçi şirkət komandası öz strategiyasını məhz milli kontekstə uğyun formalaşdırıb.
A.Mustafayev bildirib ki, qarşısı alınmadıqda böyük maliyyə itkiləri, kommersiya sirrinin yayılması və digər bu kimi ciddi fəsadlar törədə biləcək kiberhücum və kibercinayətlərin yüksələn xətt üzrə inkişaf tendensiyası onu deməyə əsas verir ki, istər hüquqi, istərsə də fiziki şəxslər bu təhlükəli təzahürlə üzləşməyə hər an hazırlıqlı olmalı, hətta ona qarşı qabaqlayıcı tədbirlər görməklə mümükün risklərə qarşı əvvəlcədən sığortalanmalıdırlar.
Şirkət kibertəhlükəsizlik sahəsində böyük təcrübəyə malik yüksək ixtisaslı yerli və xarici ekspertlərin komandasını bir araya gətirir.
- Mikro, kiçik, orta və böyük biznes subyektinə xas amillər nəzərə alınmaqla hər bir müştərinin xüsusi ehtiyaclarına uyğunlaşdırılmış hüquqi müdafiə mexanizminin formalaşdırılması;
- dövri risk analizlərinin aparılması;
- preventiv strategiyanın hazırlanması;
- heyət üçün təlimlərin keçirilməsi;
- krizis hallarına çevik reaksiya qabiliyyətinin formalaşdırılması təklif edilən geniş xidmətlər zərfinə daxil olan istiqamətlər sırasındadır.
Şirkət eyni zamanda informasiya texnologiyaları və sistemlərində baş verən digər qanun pozuntuları, şəxsi məlumatların ələ keçirilməsi, habelə müəllif hüquqlarının pozulması hallarına qarşı mübarizə də daxil olmaqla kibertəhlükəsizliyin ayrı-ayrı alt mövzuları istiqamətində müxtəlif hədəf qruplarına təlimlərin həyata keçirilməsindən elmi tədqiqatların aparılmasınadək geniş fəaliyyət diapazonunu əhatə edir.
Əlavə məlumat, sorğu və müraciət üçün şirkətin rəsmi internet səhifəsinə keçid etmək mümkündür: www.cybercrime.az
Əlaqə: [email protected]
Qeyd edək ki, şirkətin təsisçisi A.Mustafayev Almaniyanın Köln Universitetində kibercinayətkarlıq sahəsində magistratura ve doktorantura təhsili alıb. O, uzun illərdir kibercinayətkarlıq və kibertəhlükəsizliyin araşdırması və tədrisi ilə məşğuldur. A.Mustafayev Azərbaycanda kibercinayətkarlıq sahəsində azsaylı ekspertlərdən biridir.
Ağalıda 5-ci Bilik Günü qeyd edilib - VİDEO
Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?
Bakıda piyada keçidləri hər kəs üçün əlçatandırmı? – ARAŞDIRMA – FOTO
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO











