Azərbaycanda pensiyalar nə qədər artacaq? - AÇIQLAMA

"Bu il pensiya artımlarında iki mühüm yenilik tətbiq olunacaq. Pensiyaların artımı bütün əmək pensiyalarına şamil ediləcək".
Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, əvvəlki illərdə təxminən 90 min vətəndaşın əmək pensiyaları indeksasiya olunmurdu:"Vahid indeksasiya mexanizminin tətbiq olunması imkan verəcək ki, məhz həmin vətəndaşların da əmək pensiyalarında artımlar müşahidə olunsun. Pensiyalar yardımlar nəzərə alınmaqla indeksasiya ediləcək. 2022-ci ildə pensiyaçılara 200 manat yardım ödənilib. Bu, aylıq olaraq 16,7 manatdır. Bu da pensiyaçıların pensiya məbləğinə əlavə olunacaq. Məsələn, vətəndaş 400 manat pensiya alırsa, onun üzərinə 16,7 manat əlavə olunacaq. Bu da 416 manat 70 qəpik edəcək. Bu məbləğ isə orta hesabla 15 faizə indeksasiya olunacaq. Bu zaman 400 manat pensiya alan vətəndaşın pensiyasında təxminən 62 manat artım qeydə alınacaq".
Deputat qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, əmək pensiyalarındakı artımlar əvvəlki ilin orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçirilir:
"Ötən ilin 11 ayının yekunlarında əmək haqqı artımı 14,5 faiz olub. İlin yekununda illik orta aylıq əmək haqqı artımının təxminən 15 faiz olacağı gözlənilir. Orta aylıq əmək haqqı ilə bağlı statistika yanvarın sonunda elan olunacaq. Həmin rəqəm elan olunduqdan sonra cənab Prezident tərəfindən indeksasiya ilə bağlı sərəncam imzalanacaq. Rəsmi statistika hər ilin birinci ayının sonunda elan olunur. Pensiya artımları yanvardan hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yəni, yanvar üçün hesablanmış artım da fevral ayında veriləcək. Pensiyalardakı artımlar yanvarın 1-dən hesablanacaq".
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO












