Azərbaycanda pilotsuz uçuş aparatlarının alınması sadələşdirilir

"Pilotsuz uçuş aparatları elə bir texnologiyadır ki, çox kiçik həcmdə böyük təhlükə yarada bilir. Bir neçə santimetr uzunluğunda olan pilotsuz uçuş aparatları var ki, bir çox hallarda şəxsi həyata, bəzən isə milli maraqlara ciddi təhlükə törədə bilirlər”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.
Deputat bildirib ki, pilotsuz uçuş aparatlarının icazə sistemi kifayət qədər sadələşdiriləcək.
"Hazırda pilotsuz uçan aparatı idxal etdiyiniz zaman 5 dövlət orqanında icazə almaq lazımdır. Bu isə bir çox hallarda prosedurun kifayət qədər uzanmasına gətirib çıxarır. Texnologiyada qaça bilmərik. Onun öyrənilməsi, istifadə edilməsi, yayılması gələcəyimiz üçün vacibdir. Eyni zamanda düşünürük ki, tənzimləməni müəyyən qədər sadələşdirmək lazımdır. Məndə olan məlumata görə, pilotsuz uçan aparatların idxalı zamanı icazələrin alınması sistemi xeyli sadələşdiriləcək, onlayn alətlərdən daha istifadə olunacaq”, - deyə o qeyd edib.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI











