Azərbaycanda polis gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan Daxili İşlər Nazirliyinin 4 əməkdaşı terrora məruz qalıb. Bu da Azərbaycanda mövcud ictimai-siyasi sabitlik, Konstitusiya quruluşunun bərpa edilməsi məsələsini tam zəruri edib.
Bunu DİN, DSX, DTX və Baş Prokurorluğun birgə brifinqində DİN mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev deyib.
“Azərbaycan Respublikasının bütün ərazisində DİN-in şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və onlara ölkə daxilində hüquqa zidd hallarla bağlı qəti tədbirlər görülməsi üçün göstərişlər verilib”, - o əlavə edib.
E. Hacıyev Azərbaycan cəmiyyətini dezinformasiyalara inanmamağa çağırdıqlarını da bildirib: “Hər bir vətəndaşımız diqqətli olmalıdır. Bildiyiniz kimi artıq sosial şəbəkələrdə yanlış məlumatlar yayılıb. Bu səbəbdən “TikTok”un fəaliyyəti məhdudlaşdırılıb. Bu da ondan ibarətdir ki, müəyyən təhdidlər var. Hazırda onlar bizimlə informasiya müharibəsi aparır. Hamını bu həssas məqamda diqqətli olmağa çağırırıq".
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI
Dehlidə keçirilən BRİCS iclasında nələr müzakirə edilib? - POLİTOLOQ
Prezident İlham Əliyev sükan arxasına keçib - VİDEO
Bakıda bəzi küçələrdə tətbiq ediləcək “yaşıl dalğa” sistemi tıxacı azaldacaq? - DEPUTAT
Avtobusların sayı artır, problem həll olunmur – Səbəb nədir?
Bakının nəqliyyatında yük niyə iki sistemin üzərindədir? – EKSPERT










