Azərbaycanda rezin tullantıların təkrar emalı müəssisəsi yaradılır

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) qısa müddət ərzində ölkədə rezin tullantıların utilizasiyası və təkrar emalı ilə bağlı müəssisəsini istifadəyə verəcək.
Avtosfer.az xəbər verir ki, bunu report-a müsahibəsində ADNSU-nun rektoru, professor Mustafa Babanlı bildirib.
Onun sözlərinə görə, hazırda dünya yeni nə isə yaratmaqla yanaşı, mövcud tullantıların utilizasiyası ilə bağlı çox böyük problem qarşısında qalıb:
“Bu tip məsələlər bizi daim maraqlandırır. Bizim universitetimiz bu istiqamət üzrə də ixtisaslaşmış universitetlərdən biridir. Belə problemlərdən biri rezin tullantılarıdır”.
M.Babanlı bildirib ki, hazırda ölkədə 1,5 milyon avtomobil var:
“Bu avtomobillərin hər birində də 4, 6 və ya 8 təkəri var. Bu təkər şinlərinin istismarı müddəti istər-istəməz tükənir. Hər avtomobil ildə bir dəfə təkərinin bircə şinini utilizasiya üçün versə, bu 1,5 milyon təkərin utilizasiyası deməkdir. Bu isə çox böyük ekoloji problemdir”.
Rektor deyir ki, ikinci tərəfdən isə bu məhsul təkrar emala getməlidir:
“Artıq bununla bağlı ADNSU-nun yeni texnologiyası hazırdır və 3 istiqamətdə materiallarımız hazırlanıb: birinci istiqamət idman meydançaları üçün rezin döşəmələrin hazırlanması, ikinci istiqamət sorbentlərin hazırlanması, üçüncü istiqamət isə hər kəsin rezin “prokladka” kimi tanıdığı kipləşdiricilərin istehsalı istiqamətində yeni texnologiyaların tətbiqi. Düşünürəm ki, qısa müddət ərzində bu müəssisəmiz istifadəyə veriləcək”.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












