Azərbaycanda sərnişindaşımalarının qiyməti aşağı düşüb

Aprel ayında Azərbaycanda sərnişindaşımalarının tarifi mart ayı ilə müqayisədə 0,2 faiz aşağı düşüb. Bu barədə Avtosfer.az Azərbaycan Dövlət Statistika Komitəsinin saytında dərc olunmuş məlumata istinadən xəbər verir.
Məlumatda deyilir ki, aprel ayında yükdaşımaları üzrə tariflər mart ayı ilə müqayisədə 1,7 faiz artıb. MDB ölkələri və başqa xarici istiqamətlər üzrə hava nəqliyyatı ilə sərnişindaşımaları bu dövrdə 1,3 faiz ucuzlaşıb. Aprel ayında boru xətləri ilə neft və qazın nəqlinin tarifləri müvafiq olaraq 5,5 və 0,1 faiz artıb. Eyni zamanda, aprel ayında MDB ölkələri üzrə dəmiryol nəqliyyatı ilə sərnişindaşımalarında tariflər də 7,6 faiz artıb. Məlumatda deyilir ki, MDB ölkələri və xarici istiqamətlər üzrə dəniz nəqliyyatı ilə yükdaşımaları aprel ayında 0,2 faiz bahalaşıb. Avtomobil nəqliyyatında isə yük və sərnişindaşımalarına olan tariflər aprel ayında dəyişməyib.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












