Azərbaycanda xaricə pul köçürmələrinə - NƏZARƏT ARTIRILDI

"İqtisadi Şuranın son iclasında müzakirə edilən məsələlərdən biri də Azərbaycandan xaricə pul köçürmələri və ixrac dəyərinin tam qaytarılması ilə bağlı olub. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 26-da keçirilən müşavirədəki tapşırıqlarına uyğun olaraq, bu sahədə nəzarətin daha da gücləndirilməsi prioritetləşib".
İqtisadi Şuranın iclası keçirilib - Ölkəyə qaytarılmayan valyuta ilə bağlı müzakirələr aparılıb
Avtosfer.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, burada ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin 180 gün ərzində ölkəyə gətirilməsi, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri ilə bağlı məsələlər öz əksini tapır.
Onun sözlərinə görə, 2024-cü ilin geridə qalan aylarının rəsmi statistikası göstərir ki, Azərbaycan ixracının həcminin azalmasına baxmayaraq, pul köçürmələrində artım müşahidə olunmaqdadır:
"Bu ilin ilk 7 ayında ölkəmizin ticarət dövriyyəsi 26 milyard 239 milyon dollar olub. Onun 15 milyard 446 milyon dolları ixracın, 10 milyard 793 milyon dolları isə idxalın payına düşüb. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3.3 faiz, real ifadədə 5.0 faiz, o cümlədən idxal 3.0 faiz, ixrac isə 6.1 faiz azalıb. Göründüyü kimi, enerji məhsullarının qiymətinin azalması ümumi ixracatımızın həcminə də təsirsiz ötüşməyb. Bütün bunlarla yanaşı, bu ilin ilk yarısında (hələlik 7 aylıq göstəricilər elan edilməyib) Azərbaycandan xaricə 343 milyon dollar pul köçürülüb. Xaricdən ölkəmizə köçürülən vəsaitlərin həcmi 36.4 faiz azalsa da, Azərbaycandan xaricə köçürmələr 34.7% artıb. Rəsmi statistika da təsdiq edir ki, Azərbaycandan xaricə pul köçürmələri və eləcə də ixracın dəyərinin ölkəyə tam qaytarılması üzrə nəzarətin daha da gücləndirilməsi aktuallaşıb. Daha çox valyutanın ölkədə qalması isə hər zaman əsas hədəflərdəndir".
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO
Brendlər, keyfiyyət və sərfəli qiymətlər - BBAK Outlet Mərkəzi - VİDEO
Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR AÇIQLANDI - Əsgərləri qırğına belə göndərib - VİDEO










