"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq" - Samir Rzayev

Azərbaycan hava məkanındakı aviasiya hərəkəti 2022-ci ildən bəri 80 %-dən çox artıb, tranzit uçuşların sayı isə ikiqat artaraq ölkənin qlobal aviasiya marşrutlarındakı əhəmiyyətini bir daha təsdiqləyib. Avtosfer.az xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev Bakıda keçirilən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu 2025”də deyib.
Onun sözlərinə görə, ötən il AZAL 63 istiqamətə uçuş həyata keçirib və bu da 2022-ci ilin 27 istiqaməti ilə müqayisədə demək olar ki, iki dəfə çoxdur:
"Eyni dövrlər üzrə sərnişin sayında da iki dəfə artım olub. “Boeing”, “Airbus”, “AerCap” və “CDB Aviation” ilə yeni təyyarələrin alınması və lizinqi barədə müqavilələr imzalanıb, 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə donanmamıza qoşulacaq".
S.Rzayev qeyd edib ki, 2024-cü ildə AZAL “Skytrax World Airline Awards 2024”ün “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” mükafatına layiq görülüb:
"Bu və qazandığımız digər mükafatlar təhlükəsizlik, xidmət və sərnişin məmnuniyyətində artan mükəmməlliyimizin sübutudur. Mərkəzimiz olan Heydər Əliyev Beynəlxalq Aeroportu şəbəkəsini 67 -dən 2024-cü ildə 81-ə çatdıraraq 7,5 milyon sərnişinə xidmət göstərir və səkkizinci dəfədir ki, Mərkəzi Asiya və MDB-də Ən Yaxşı Hava Limanı və ardıcıl üçüncü dəfə “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti” mükafatlarını qazanıb. Liman həmçinin “Airport Carbon Accreditation” proqramı çərçivəsində 2-ci səviyyə sertifikatlaşdırılmasına nail olub".
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır










