"Azərbaycanın erməni əhalisini birlikdə yaşamağa dəvət edirik" - DTX rəisi

“Hazırda bəzi erməni ideoloqları tarixə istinad edərək ermənilərlə azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyü məsələsini qaldırırlar”.
Avtosfer.az xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib.
O bildirib ki, onda sual doğur, necə olur ki, hərbi münaqişə başlayanadək erməni əhali uzun müddət Bakı şəhərində və Azərbaycanın digər yerlərində, o cümlədən Dağlıq Qarabağda hörmətli vətəndaşlar kimi komfort şəraitdə yaşayıb, cəmiyyətdə kifayət qədər nüfuz sahibi olub: “Monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanda bu gün yaşayan rus, gürcü, yəhudi və digər xalqlar çoxmillətli və çoxkonfessiyalı dövlətin əsasını təşkil edirlər. Biz Azərbaycanın erməni əhalisini də bizimlə birlikdə yaşamağa dəvət edirik. Azərbaycan dövləti və azərbaycanlılar müharibə istəmirlər. Bizi bu gün hərbi təcavüz nəticəsində dağıdılmış yaşayış məntəqələrimizin daha tez bərpası və öz vətənində köçkün olmuş 750 min əhalimizin qısa vaxt ərzində öz evlərinə qaytarılması düşündürür”.
apa
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI
Dehlidə keçirilən BRİCS iclasında nələr müzakirə edilib? - POLİTOLOQ
Prezident İlham Əliyev sükan arxasına keçib - VİDEO
Bakıda bəzi küçələrdə tətbiq ediləcək “yaşıl dalğa” sistemi tıxacı azaldacaq? - DEPUTAT
Avtobusların sayı artır, problem həll olunmur – Səbəb nədir?
Bakının nəqliyyatında yük niyə iki sistemin üzərindədir? – EKSPERT










