Azərbaycanlı tələbə Latviyada müəmmalı şəkildə öldü

Latviyada azərbaycanlı tələbə Həşimli Mircavad Mirvardər oğlu müəmmalı şəkildə vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu ölkədə ali təhsilini davam etdirən 22 yaşlı M.Həşimlinin ailəsi onun Latviyada göldə boğulduğu bildirilib. Bu gün M.Həşimlinin cənazəsi Azərbaycana gətirilərək dəfn edilib.
Yaxınlarının verdiyi məlumata görə, Mircavad Həşimli hadisədən əvvəl anası ilə danışıb və daha sonra yaşadığı evi tərk edib. Bir neçə saat sonra onun suda boğulması barədə məlumat gəlib. Ailəsi Mircavadın telefonunun onun boğulduğu deyilən ərazidən təxminən 5 kilometr uzaq məsafədən tapıldığını deyib.
Bildirilir ki, ziyalı ailəsindən olan və bir neçə xarici dil bilən Mircavad Həşimli ali təhsilini ADA Universitetində fransız dilində alıb. O, daha sonra təhsilini davam etdirmək üçün Latviyaya gedib
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












