“Azəriqaz”dan əhaliyə xəbərdarlıq - VİDEO

Bir neçə nəfərin rayon ərazisində mənzillərin qapısını döyərək özlərini “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları kimi təqdim etməsi və smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi xidmətini təklif etməsinə dair məlumat daxil olub. “Azəriqaz”dan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxslərin paytaxtın Nizami və Nərimanov rayonlarında hələlik bəlli olan 4 mənzildə olmaları, smart-kartların vaxtının bitdiyini deyərək vətəndaşlardan hər birindən 15 manat pul almaları müəyyən edilib. Daha sonra zərəçəkmiş abonentlər Birliyin yerli qurumlarına müraciət edərək başlarına gələnləri danışıblar: “Qazdan istifadə edən abonentlərin nəzərinə çatdırırıq ki, smart-kart tipli sayğacların kartlarının istifadə müddəti yoxdur. Zədələnmədiyi və itirilmədiyi halda daim istifadə oluna bilər. Əgər abonent kartını itiribsə və ya hansısa səbəbdən zədələnibsə, onda “ASAN Kommunal” mərkəzləri və Birliyin rayonlar üzrə xidmət sahələrinə müraciət etməklə kartın yenisini əldə etmək olar. Bunun üçün “ASAN Kommunal” mərkəzlərində bank vasitəsilə, xidmət sahələrində isə ödəniş terminalları ilə 10 manat rüsum ödəmək lazım gəlir. Bir daha bəyan edirik ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları abonentin yaşadığı ünvanda xidmətlərə görə hər hansı vəsait ala bilməz və belə səlahiyyət sahibi deyil. Əgər bu kimi hallarla rastlaşarsınızsa, əvvəlcə həmin şəxsin xidməti vəsiqəsini tələb etməklə, daha sonra Birliyin 104/185 Çağrı mərkəzlərinə məlumat verə bilərsiniz”.
Namiq Musayev
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











