"Azəryoltikinti"nin direktorundan 20 yaşlı biznesmenə qarşı DƏLƏDUZLUQ

“Azəryoltikinti” MMC-nin direktoru Azər Hüseynov dələduzluqda ittiham olunur.
Bu barədə Lent.az-a zərərçəkmiş 20 yaşlı biznesmen Elvin Q. özü məlumat verib.
O bildirib ki, Sumqayıt şəhərində tikinti materiallarının satışı ilə məşğuldur:
“Azər Hüseynov ötən il mağazamıza gələrək, təxminən 5 min manatlıq izolyasiya avadanlığı olan tol alıb. 10-15 gün “Rent-a car”dan götürdüyü “Range Rover” markalı avtomobillə obyektimizə gəlib bizimlə görüşürdü. Malları müqavilə əsasında satmışdıq. Bizdə əvvəlcə məhsul sahibinə təhvil verilir, daha sonra pulu alınır. Azər Hüseynova da məhsulumuzu təhvil verdik, amma 1 ildir ki, pulumuzu ala bilmirik. Sonradan araşdırdım ki, bu adam dəfələrlə dələduzluq edib. İcarəyə götürdüyü avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün yol polisi postda saxlayıb. Bu zaman gəlirəm deyərək, açarı da avtomobilin üzərində qoyub qaçıb. “Rent-a car”ın yiyəsi 2000 manat pulla gələrək avtomobili xilas edib.
Mənə qarşı edilən dələduzluqla bağlı Polis Şöbəsinə üz tutdum. Polisdən dedilər ki, mülki məsələ olduğu üçün məhkəməyə müraciət edim. Burada polislik iş olmadığı deyildi”.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










