Bakı Avtovağzalında 200 taksiyə pulsuz dayanacaq yeri VERİLDİ - RƏSMİ

Paytaxtın ayrı-ayrı yerlərindən pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik avtomobillərinə Bakı Beynəxalq Avtovağzal Kompleksində ayrılan dayanacaq sürücülərin ixtiyarına verilib. Söhbət 20 Yanvar dairəsi, “Şamaxinka” adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən taksi minik avtomobillərindən gedir.
Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov verib. Qurum rəsmisinin sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıların vahid mərkəzə cəlb edilməsi, müxtəlif ərazilərdə tıxacın azaldılması və vətəndaş məmnuniyyəti yaratmaq məqsədi daşıyır:
“Bakının müxtəlif yerlərində, xüsusən də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ətrafında taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıları uyğun məkana cəlb etmək üçün BBAK ərazisində “Minik taksiləri üçün duracaq yer” müəyyənləşib.
Nəqliyyat Qovşağında ayrılmış sahədə 200-dək taksi minik nəqliyyat vasitəsinin fəaliyyəti üçün şərait yaradılıb. Taksi avtomobilləri tam ödənişsiz şəkildə ərazidən istifadə edə bilirlər. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında yolda dayanan, hərəkətə mane olan, sərnişinlər üçün təhlükəli yerlərdə fəaliyyət göstərən taksilərə qarşı isə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülür”.
Xatırladaq ki, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən daşıyıcı sifariş gözləyərkən taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş “Minik taksilərinin duracaq yeri” yol nişanı ilə işarələnmiş duracaq yerlərindən istifadə etməlidir.
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi












