"Bakı Metropoliteni" könüllü yığıb

Gələn ay Bakıda keçiriləcək I Avropa Oyunları üçün “Bakı Metropoliteni” QSC-də bələdçilik edəcək könüllülərin qəbul prosesi başa çatıb. Artıq könüllülərin seçimi olub və dünəndən etibarən qeydiyyatı aparılıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "report"a bildirib ki, bu gündən təlimlərə başlanılıb.
"Könüllülər əsasən tələbələrdir. Onlara ayrı-ayrı sahələr - təhlükəsizlik, metropolitendən istifadə qaydaları, Azərbaycan və Bakının tarixi, gəzməli yerlər haqqında məlumat veriləcək və təlimlər keçiriləcək. Təlimlər xüsusilə xarici qonaqların verə biləcəkləri suallarla bağlı olacaq", - deyə N.Paşayev bildirib.
Qeyd edək ki, təxminən 80 könüllü seçilib. Onlar metro stansiyalarının giriş və çıxışlarında, "Ask me" ("Məndən soruş") yazılı xüsusi geyimdə olacaqlar.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












