Bakı Metropoliteni sərnişin sıxlığını TƏNZİMLƏMİR? – RƏSMİ AÇIQLAMA

Yeni tədris ili başlayandan bu yana demək olar ki, bütün metrostansiyalarda böyük sıxlıq müşahidə olunur.
Metropoliten sərnişin sıxlığını niyə tənzimləmir?
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya bildirib ki, tədris mövsümü başlayandan Bakı Metropoliteni texniki cəhətdən mümkün olan ən optimal hərəkət qrafikini tətbiq edib:
“Çünki pandemiyadan sonra, yəni 2019-cu ildən bu günə qədər biz ilk dəfə idi sentyabr ayında yeni tədris mövsümünün ənənəvi qaydada başlayıb və davam etməsinə hazırlaşırdıq. Qeyd etdiyiniz bu mənzərə pandemiyadan əvvəlki dövrdə də var idi.
2019-cu ildə Bakı Metropoliteni rekord sayda sərnişin daşımışdı və yeni tədris mövsümü başlayandan ötən dövr ərzində Bakı Metropoliteninin daşıdığı sərnişin sayı 2019-cu illə müqayisədə, orta statistik hesabla 8 %-ə qədər azdır. Əfsuslar olsun ki, bu məsələnin kökündə texniki imkanlar dayanır. Bu gün metropolitendə səhər 07:00-10:00, axşam isə 17:00 – 19:30-a qədər “gur saat” hesab olunur”.
Metropoliten rəsmisi bildirib ki, günün gur saatlarında 28 May - Həzi Aslanov istiqamətində qatarların intervalı iki dəqiqəyə bərabər olur:
“Bundan aşağı interval tətbiq etmək isə mümkün deyil. Bunun ən vacib səbəblərindən biri odur ki, 28 May stansiyası yaşıl və qırmızı xətlərin birləşdiyi nöqtədir və faktiki olaraq burdan Həzi Aslanova qədər qatarlarımız birxətli hərəkət edir. Başqa bir məsələ də var ki, sərnişinlərimiz səhər saatlarında bir qayda olaraq şəhərin müxtəlif istiqamətlərindən mərkəzə doğru, axşam isə mərkəzdən həmin istiqamətlərdə gedir.
Texniki cəhətdən bu vaxtlarda ən optimal, sıx qrafik tətbiq olunduğundan ehtiyat qatarlardan müntəzəm və geniş istifadə etmək qeyri-mümkündür. Bu səbəbdən, “Bakı Metropoliteni” müxtəlif manevrləri tətbiq edir. Məsələn, Memar Əcəmi və Neftçilər stansiyalarından qatarlar dönüb geri qayıdırlar. Bu hallarda mümkün qədər sərnişin axını və sıxlığının tənzimlənməsinə çalışırıq. Yəni hansı texniki imkanlar varsa, onların hər biri tətbiq olunur”.
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO
Ermənistan Cəbrayıla yol çəkmək istəyirdi, vaxtı çatmadı - Prezident
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTOLAR










