Bakı metrosu Qurban bayramı günləri üçün qatarların iş rejimini açıqlayıb

Azərbaycanda Qurban bayramının qeyd ediləcəyi 9-10 iyul tarixlərində "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
Bu barədə Avtosfer.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, həmin tarixlər istirahət günləri hesab olunsa da, metrodan istifadə edən sərnişinlərin maksimum rahatlığını təmin etmək məqsədilə qatarlar adi iş günləri qrafiki ilə hərəkət edəcək.
Bununla iyulun 4-dən tətbiq edilmiş yay qrafikinə uyğun olaraq, iyulun 9-u və 10-da qatarların “Həzi Aslanov-28 May” sahəsi boyunca hərəkət intervalı saat 7:00-dan 21:00-a qədər 2 dəqiqə 30 saniyə təşkil edəcək. Qırmızı və Yaşıl xətlərin kəsişərək birləşdiyi “28 May” stansiyasından sonrakı sahələrdə interval, uyğun olaraq, 2 dəfə çox təşkil edəcək.
Bu günlər ərzində metropolitendə gücləndirilmiş iş rejimi tətbiq edilməklə işçilərin növbətçilik cədvəli tərtib olunacaq.
İyul ayının 11-12-si istirahət günləri hesab olunduğundan qatarlar şənbə-bazar günlərinə uyğun təmin ediləcək. Hər iki gün “28 May-Həzi Aslanov” sahəsində qatarlar 3 dəqiqəlik intervalla hərəkət edəcək. Ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranarsa, xəttə çıxarılacaq.
“Bakmil” stansiyasına və əksinə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, mövcud bayram və istirahət günlərində tətbiq edilmiş iş rejimi nəzərə alınmaqla, iyulun 9-10-da iş günləri, iyulun 11-12-də isə istirahət günləri qrafikini əsas götürsünlər.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










