Bakı metrosunda qatarda nasazlıq yarandı, gecikmə oldu

Bakı metropoliteninin “Şah İsmayıl Xətai” stansiyasında qatarın qapıları xarab olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Sərnişinlərdən birinin qapını əli ilə saxladığı və bu səbəbdən qapılarda problem yarandığı iddia edilir. Bu səbəbdən qatar stansiyadan gec çıxıb və qrafikdə gecikmə yaranıb.
Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, səhər saatlarında metronun “Şah İsmayıl Xətai” - “Cəfər Cabbarlı” mənzilində qatarın bir vaqonunun qapısında nasazlıq ehtimalı olub:
“Bu səbəbdən maşinist və təlimatçı maşinist vaqona baxış keçiriblər. Ehtiyat tədbiri kimi qatar dərhal xətdən çıxarılıb. Müntəzəm olaraq hazır saxlanılan digər qatar xəttə verilib. Ümumi olaraq qatarların qrafikində bir dəqiqə gecikmə olub. Fasilə az olduğundan növbəti reysdə bu fərq də aradan qaldırılıb. Hazırda qatarlar normal qrafiklə hərəkət edir”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












