Bakı metrosunda sürüşən ayaqlar

Bakı Metropolitenində sürüşkən daş döşəmələr problemi yenidən təkrarlana bilər. Əvvəl "28 May" stansiyasında yaşanan olaylar indi də "Gənclik" stansiyasında baş verə bilər.
Avtosfer.az day.az-a istinadən xəbər verir ki, "Gənclik" stansiyasında da yerə mərmər döşəmələr vurulur. Burada da insanlar yeriyərkən sürüşürlər. Bu günlərdə Zaur adlı 25 yaşlı şəxs həmin hissədə sürüşərək yıxılıb. Xoşbəxtlikdən, o, ağır travmalar almayıb. Redaksiyaya məktub yazan oxucu bu yaxınlarda yaşlı qadının da orada sürüşərək yıxıldığını deyir. Qadın kənar şəxslərin yardımı ilə ayağa qalxa bilib.
Məsələ ilə əlaqədar saytın əməkdaşı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayevlə əlaqə saxlayıb. Qurum rəsmisi aşağıdakıları söyləyib: "Bəli, bilirəm ki, döşəmələr sürüşkəndir, lakin yaxın günlərdə məsələ həll olunacaq. Təmir işləri başa çatdıqdan sonra döşəmələrdəki sürüşməni azaltmaq üçün tədbirlər görüləcək", - o əlavə edib.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












