Bakı Nəqliyyat Agentliyi Londonda keçirilən sərgi-konfransda iştirak edib - FOTO

Bakı Nəqliyyat Agentliyi Londonda keçirilən “Nəqliyyatda innovativ ödəniş və bilet sisteminin qlobal tətbiqi 2020” (Transport Ticketing Global 2020) sərgi-konfransında iştirak edib. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Avtosfer.az-a bildirib ki, sayca on ikinci dəfə keçirilən tədbirin əsas məqsədi daim dəyişən ictimai nəqliyyat və sərnişin daşınması sistemində göstərilən xidmətlərin daha da mükəmməl olmasına nail olmaqdır. Bu, ölkəmizin sözügedən mötəbər tədbirdə ilk iştirakıdır.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti tədbir çərçivəsində dünyanın inkişaf etmiş şəhərlərində ictimai nəqliyyatda tətbiq edilən ən müasir bilet və ödəniş sistemləri ilə daha yaxından tanış olub. Tədbirə qatılmaqda əsas məqsəd də məhz dünyanın nüfuzlu qurumları ilə əlaqələr qurulması və əldə edilən təcrübənin Bakı şəhərinin ictimai nəqliyyat və sərnişindaşıma sisteminin inkişafı istiqamətində tətbiq edilməsidir.
Nəqliyyat sahəsinin inkişaf etdirilməsi, vətəndaşlara rahat, təhlükəsiz və əlçatan nəqliyyat xidmətlərinin göstərilməsi, şəhərdə yüksək səviyyəli nəqliyyat sisteminin formalaşdırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Paytaxtımızda sərnişindaşımada nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilir. Bu sistemə keçid sərnişindaşımada qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi, ödənişlərin və gəlirlərin şəffaflığının artırılması baxımından əhəmiyyətlidir. Nağdsız ödənişə keçid sərnişindaşımada dəqiq analizlərin aparılmasına, hesablamaların daha dəqiq həyata keçirilməsinə də imkan verir. Bu da öz növbəsində, sərnişindaşıma sahəsində sərnişinlərin nəqliyyat tələbatının düzgün iqtisadi əsaslandırma ilə daha təkmilləşdirilmiş şəkildə təşkilinə zəmin yaradır.
“Nəqliyyatda İnnovativ Ödəniş və Bilet sisteminin Qlobal tətbiqi 2020” sərgi-konfransı ictimai nəqliyyatda gediş haqqının innovativ yolla toplanılması, sərnişin məlumatlandırma sisteminin və ağıllı şəhər nəqliyyatının qurulması baxımından əlverişli platforma hesab olunur.
Builki tədbirin gündəliyində ictimai nəqliyyatda ödənişlərin daha da innovativ yollarla aparılması sayəsində mobillik prinsiplərinə nail olunması və bu istiqamətdə inkişaf etmiş şəhərlərdə tətbiq edilən müvafiq siyasətin rolunun müəyyənləşdirilməsinə dair məsələlər müzakirə edilib. Bununla yanaşı, şəhərlərin davamlılığının və dayanıqlı inkişafının təmin olunması imkanlarının araşdırılması və əhalinin yeniliklərə maraq dərəcəsinin müəyyən edilməsi kimi aktual məsələlər də diqqətdə saxlanılıb.
Altmış beş ölkədən, o cümlədən Böyük Britaniya, İsveç, Almaniya, Estoniya, Rusiya, Qətər, Argentinadan ictimai nəqliyyatla bağlı dövlət qurumlarının rəhbər şəxsləri tədbirə qatılıb.
Gültən
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR













