Bakı-Quba yolunda hansı tip radar olsun?

Bakı-Quba ödənişli yolunun istismara verilməsindən heç 10 gün keçməyib. Lakin artıq sosial şəbəkəni adrenalin həvəskarlarının bu yoldakı foto və videoları doldurub. Bəs bu intizamsızlıq nə qədər davam edəcək?
Yolda radarlar və stasionar polis postunuhn olmaması bəzi sürücülərin necə deyərlər, əl-qolunu açıb. Təbii ki, vəziyyətin sonsuzadək belə davam etməyəcəyi məlumdur. Yol polisinin bu intizamsızlığa uzun müddət tolerant davranacağı inandırıcı deyil. Hətta yaxın vaxtlarda radarların qurulması məsələsi də gündəmdədir.
Sözügedən yolda radarın qurulacağı şübhəsizdir. Bəs elə isə hansı radar?
Pullu yolun başqa səviyyəli yollarla kəsişməsi olmadığına görə burada orta sürət radarları quraşdırılsa daha səmərəli olar. Əks halda, adi stasionar radarların ciddi nəticə verməyəcəyi şübhəsizdir. Üstəgəl, stasionar radarların yerini montajdan 1 ay sonra əksər sürücülər biləcək. Sonra da Bakı-Qazax yolunda radara çatıb sürəti azaldan sürücülər radardan sonra tam qazla irəli gedəcək. Yüksək sürətin nəticəsi isə əksər hallarda yaxşı olmur.
QEYD: Orta sürət radarları barədə avtosfer.az-da kifayət qədər məlumat verilib. Hörmətli oxucu bunu axtarış bölməsində taparaq oxuya bilər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












