Bakı-Quba yolunun pullu hissəsində sürət həddi nə qədər olacaq? - AÇIQLAMA

Yaxın zamanda istifadəyə veriləcək Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolu ilə bağlı sürücüləri düşündürən bir məqam da yolda sürət həddidir.
Məsələ ilə əlaqədar BAKU.WS-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, yolun maksimal sürət həddi 110 km/saat olacaq.
Onun sözlərinə görə, bununla bağlı bir vaxtlar rəsmi qurum tərəfindən açıqlama verilmişdi. Yolun quruluşu və keyfiyyəti də belə deməyə əsas verir ki həmin yol üçün bu sürət normaldır.
Ekspert onu da vurğuladı ki, ödənişli yolda da radar olacaq: "İnsanlar düşünməsinlər ki, "magistral yoldur, pul vermişəm". Bunlar yanlış düşüncələrdir. Çünki həmin ərazilərdə elektron kameralar və radarlar, həmçinin elektron tərəzilər çoxdur. Müasir yol infrastukturuna uyğun cihazlar ödənişli yolda da qurulur. Sürücülərə sadəcə qaydalara əməl etmək qalır".
Xatırladaq ki, dünən ödənişli yoldan istifadə ilə bağlı tarif ictimaiyyətə təqdim olunub.
Belə ki, yolun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.
Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI











