Bakı Şəhər Baş Polis İdarəsi: Bəxtiyar Hacıyevin plakatlarını külək qoparıb

"Növbədənkənar parlament seçkilərində namizəd Bəxtiyar Hacıyevin təbliğat-təşviqat lövhələrindən plakatlarının məqsədli olaraq qoparılması ilə bağlı iddiaları tərəfimizdən tam və hərtərəfli araşdırılıb”.
Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
“Müraciətlə əlaqədar “Təhlükəsiz şəhər” kameralarının arxiv görüntülərinə baxış keçilib. Baxış zamanı seçki lövhələrindən plakatların qoparılmasında şəxsi müdaxilə faktı aşkarlanmayıb, plakatın küləyin təsirindən qopması müəyyən olunub. Təbliğat və təşviqat prosesində polis üzərində düşən vəzifələrin icrasını yüksək peşəkarlıqla davam etdirir, daxil olunan bütün müraciətlərə diqqətlə yanaşır”, - deyə E. Hacıyev qeyd edib.
Xatırladaq ki, Bəxtiyar Hacıyev növbədənkənar parlament seçkilərində 29 saylı dairədən namizədliyini irəli sürüb. O sosial şəbəkə hesabında bildirib ki, təbliğat-təşviqat lövhələrindən posterləri cırılıb və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Gültən Qədirli
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












