"Bakı-Yalama dəmir yolunun tikintisinə artıq başlanılır" - Cavid Qurbanov

“Bu il Azərbaycan dəmir yollarında sürət həddi orta hesabla 20-30 km civarında artırılacaq”. Avtosfer.az xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. Onun sözlərinə görə, sürət həddinin artması dəmir yolu daşımalarında rahatlığı təmin edəcək.
QSC-nin sədri həmçinin xatırladıb ki, “Azərbaycan Dəmir Yolları”ında 2019-cu ildə yükdaşımalar 2018-ci illə müqayisədə 1,250 mln ton artıb. C.Qurbanov həmçinin əlavə edib ki, Bakıdan Yalamaya qədər olan dəmir yolunun yenidən qurulması Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilir və artıq tikintisinə başlanılır: “Balakənə gedən dəmir yolunda isə Yevlaxda qatarlar dayanıb sonra dəyişirdilər. Biz artıq Bakı-Balakəni birbaşa dəmir yolu ilə birləşdirmək fikrindəyik, onda sürət artacaq. Bu ilin sonuna qədər orta sürəti təqribən 20-30 km artırmağı nəzərdə tuturuq”.
Xatırladaq ki, Asiya İnkişaf Bankı dəmir yolu sısteminin inkişafı proqramının reallaşdırılması üçün Azərbaycana 400 mln ABŞ dolları məbləğində kredit ayırıb. Kredit vəsaitləri hesabına “Azərbaycan Dəmir Yolları” QSC-nin idarəetmə sisteminin gücləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, Səhmdar cəmiyyətin maliyyə effektivliyinin artırılması, ADY-nin yeni korporativ strukturunun yaradılması, eləcə də Bakıdan Rusiya sərhədinə qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur.
Bakı-Yalama dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir. Bu dəhlizlə böyük həcmdə yüklərin daşınması gözləntilərini nəzərə alaraq, Azərbaycan hökuməti Bakı-Yalama və Bakı-Astara (İran sərhədi) dəmir yollarının yenidən qurulmasını həyata keçirməyi qərara alıb.
Fidan
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











