Bakıda 12 ekspress avtobus olacaq

“I Avropa Oyunları zamanı nəqliyyat xidmətlərinin göstərilməsi ən yüksək səviyyədə həyata keçiriləcək”. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika sərgisində iştirka edən nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
O bildirib ki, bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün Bakı şəhərində yol infrastrukturu yenidən qurulub və idman obyektlərinə gedən yollar, dayanacaqlar yenilənib.
“Oyunlar zamanı insanlara keyfiyyətli xidmət verilməsi üçün paytaxta yeni avtobuslar gətirilib. Bu avtobuslar idmançılara, qonaqlara və vətəndaşlara xidmət göstərəcək. Bundan sonra da ictimai nəqliyyatın, yol infrastrukturunun yenidən qurulması prosesi davam etdiriləcək”.
Onun sözlərinə görə, I Avropa oyunlarında xidmət göstərməsi üçün xüsusi avtobuslar müəyyən edilib. Açılış-bağlanış mərasimlərində 6 avtobus xidmət göstərəcək.
Bu avtobuslar əsasən metro stansiyalarına yaxın yerlərdəki dayanacaqlardan vətəndaşların Olimpiya stadionuna daşıyacaq. “Açılışdan sonra isə 12 ekspress avtobus işləyəcək. Bu xidmətdən həm vətəndaşlar, həm də qonaqlar istifadə edəcəklər”.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












