Bakıda bu yol da bağlandı - FOTO

Nobel qardaşları prospektinin Cavanşir körpüsünə doğru, “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində təmir-tikinti işlərinə başlanılıb.
Avtosfer.az xəbər verir ki bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərədən anspress-ə verilən məlumata görə, bu üzdən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
Aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, yenisi ilə əvəz olunacaq. Ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Artıq yol boyu 1400 paqon-metr səki daşı dəyişdirilib. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yenilənəcək.
Nobel qardaşları prospektinin “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində aparılan təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranmış müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən imkan daxilində alternativ yollardan istifadə etməkləri tövsiyyə olunur.
Qeyd edək ki, Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1.6 kilometrlik hissəsində də təmir-tikinti işləri aparılıb. Artıq yol yeni görkəmdə sürücülərin ixtiyarına verilib.




Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR










