Bakıda bu yol yaddan çıxıb; piyadalar qaranlıqda vurulur - VİDEO

Bakı-Şamaxı yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsi deyəsən hər kəsin yadından çıxıb. Əlbəttə ki, söhbət mağıstralın işıqlandırılması və insanların rahat mənzil başına çatmasından gedir. Sulutəpə qəsəbəsini iki hissəyə bölən şossenin kənarları adamın lap gözünü oxşayır. Yaradılan yaşıllığın işıqlandırılması işləri zamanı yola da elektrik enerjisinin ötürülüməsi unudulub. Bu isə həm piyadaların vurulması, sürüclərin isə məsuliyyətə cəlb edilməsinə şərait yaradır.
Qəsəbə sakinlərinin sözlərinə görə, yolu Allah ümüdinə keçirlər. İstəkləri isə həm işıqlandırma, həm də yerüstü piyada keçididir, ona da neçə illərdir ki, həsrət qalıblar.
Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahverdiyeva şifahı olaraq bildirdi ki, məsələdən xəbərdardılar. Amma istər yolun işıqlandırılması, istərsə də, piyada keçidi ilə bağlı işlər rayon icra hakimiyyətinin deyil, aidiyyati qurumların ixtiyarında olan məsələdir.
Onun sözlərinə görə, bu barədə icra hakimiyyəti olaraq, bütün məlumatlar və probləmlər ünvanına çatdırılıb.
Aidiyyəti qurumlardan söz düşmüşkən, bu məsələni “Azəryolservis” ASC ilə də dəqiqləşdirdik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli həmin ərazinin, yəni Hökməli dairəsindən, Sulutəpə qəsəbəsinə, şəhərin mərkəzi istiqamətində olan hissə məhz Binəqədi Rayon İcra Hakimiyyətinin balansındadır və yolun işiqlandırılması məsələsini də adiçəkilən qurum təmin etməlidir.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












