Bakıda çəkiləcək tramvay xəttinin yeri AÇIQLANDI

Bakıda tramvay xəttinin çəkilməsi ilə bağlı müzakirələr aparılır. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. Onun sözlərinə görə, hazırda Bakı Nəqliyyat Agentliyi xarici şirkətlə bu barədə araşdırma aparır: "Hazırda beynəlxalq təşkilatlarla bu istiqamətdə işləyirik. Artıq Lökbatan qəsəbəsi ilə Hövsan qəsəbəsini Neftçilər prospekti üzərindən tramvay xətti ilə birləşdirmək müzakirə mövzusudur. Çünki burda, həmçinin Ağ şəhərdən tramvay keçməsi mümkündür. Dənizkənarı Milli Parkın birinci sırası sakinlərin əsasən az istifadə etdiyi yerdir, sakinlər əsasən dəniz kənarında gəzməyə üstünlük verir, buna görə də həmin ərazidən xəttin çəkilməsi mümkündür. Əgər həmin təşkilatlar bizə müsbət cavab versə, biz ümumiyyətlə Neftçilər prospektində ictimai nəqliyyatı yığışdıracağıq".
V.Kərimli bildirib ki, xəttin çəkilməsi zamanı bir sıra şərtlər nəzərə alınmalıdır: "Bu prosesdə bəzi meyarlar var ki. biz onları da müqayisə etməliyik. Avropada tramvaylar bu gün əsasən köhnə şəhər mərkəzlərində qalıb. Həmin mərkəzlərdə tikinti əmsalı və yaşayış 3,4 və 5 mərtəbəli köhnə evlərdir. Bu da normal olaraq oranın kütləsini qaldıra bilir".
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












