Bakıda fəaliyyət göstərən taksilərin sayı nə qədər azalacaq? – Açıqlama

“Azərbaycanda, o cümlədən Bakıda taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sayı çoxdur”. Avtosfer.az xəbər verir ki, bu sözləri Valyuta.az-a nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa Azərbaycanda taksilərin sayına qoyulacaq məhdudiyyət haqqında danışarkən deyib.
Yasin Mustafa deyib ki, dünya standartına baxsaq görərik ki, iri şəhərlərdə hər 1000-2000 nəfər arasına bir taksi düşür:
“Yəni 2 milyon əhalisi olan şəhərlərdə normal halda 1500-2000 taksi olmalıdırsa, Bakıda təxminən 4 milyon əhaliyə 60 mindən çox taksi xidmət göstərir. Lakin bu rəqəmlər 8000 ədəd civarında olmalıdır, bu isə 8 dəfə çox deməkdir. Belə olan halda həm sıxlıq çoxalır, həm nəzarət çətinləşir, eyni zamanda yollarda sıxlıq zamanı artıq yüklənmələr olur”.
Ekspertin sözlərinə görə, Yerüstü Nəqliyyat Agentliyinin hazırda taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinə qanunla qoyduğu tələblər taksilərin sayını məhdudlaşdıraraq, yarıya qədər azaldacaq:
“Çünki istehsal ili 8 ildən çox olan, “Avro-5” standartına uyğun olmayan, isitmə və soyutma sistemi olmayan və digər daxili və zahiri tələblərərə cavab verməyən nəqliyyat vasitələri taksi kimi fəaliyyət göstərməyəcək. Ona görə də bu taksilərin yarıdan çoxu, hətta üçdə ikisi azalacaq”.
Yasin Mustafa qeyd edib ki, taksilərin sayı azaldıqca qiymət artımına gətirib çıxaracaq:
“Xəttən çıxarılan avtomobillərin yerinə isə yeni nəqliyat vasitələri gətirmək böyük vəsait tələb edir. Ona görə də bu sahədə ciddi azalma baş verəcək. Tələbə uyğun təklif az olduğuna görə bu sahədə defisit yaranacaq ki, bu da qiymətlərə təsir edəcək”.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










