Bakıda gül mağazası səkini və avtobus dayanacağını zəbt edib - FOTO

7-ci mikrorayon, Abay Kunanbayev küçəsində bir gül mağazası (“Sənan market”lə üzbəüz) var. Mağazanın qarşısında avtobus dayanacaq məntəqəsi yerləşir. Mağaza həmin yerdə satdığı məhsulları - gül, dibçək, dibçək torpağı və s. səkiyə düzüb piyadanın yolunu daraldır.
“Səkidə iki nəfər yan-yana hərəkət edə bilmir. Hələ səki kifayət etməyib, yolda dayanacağa aid nişanlanma xəttinin üzərində də dibçək, əklil yerləşdirilir” – sakinlər bildirir.
Səkidə piyadaya, dayanacaqda sərnişinə yaradılan bu problemlə bağlı aidiyyəti qurumlara müraciət edildiyi deyilir. Hələ dəyişiklik yoxdur.
Qeyd edək ki, səkilərdə yaranan belə problemlərin əsas səbəbi vaxtilə müxtəlif obyektlərin plansız tikintisinə və ya yerləşdirilməsinə şəraitin yaradılmasıdır. Bu obyektləri köçürmək real deyilsə, o zaman aidiyyəti orqanlar səkilərdə piyadaların, dayanacaqlarda sərnişinlərin və avtobusların hərəkətinə süni əngəlləri birdəfəlik aradan qaldırılmalıdır.
Leyla
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














