Bakıda iki maşın iki mopedi belə vurdu - DƏHŞƏTLİ QƏZA - VİDEO

"Bir sürücünün məsuliyyətsizliyi, qaydalara əməl etməməsi ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin baş verməsinə, yollarda sıxlıqların yaranmasına səbəb olur".
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sektor müdiri Ömər Xıdırov bildirib. Onun sözlərinə görə, xüsusulə svetoforun qırmızı işığından keçən bəzi sürücülərin 1-2 saniyə irəli düşmək istəyi özlərinin və digər hərəkət iştirakçılarının həyatına risk yaradır:
"Bakıda müxtəlif vaxtlarda baş verən qəzalara diqqət yetirdikdə görürük ki, istər minik avtomobilinin, istərsə də motosikletin sürücüsü svetoforun qadağanedici siqanalını heçə sayır və yolu gəldiyi sürətlə də keçir. Svetoforun qırmızı işığından keçməyin təhlükəli olması, bunun acı nəticələri ilə bağlı bir neçə dəfə videoməlumat paylaşmışıq.
Ancaq təəssüflər olsun ki, bəzi sürücülər nədənsə svetoforların qırmızı işığından keçməyin nə qədər təhlükəli olduğunun fərqində deyillər. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi diqqətə çatdırırıq ki, svetoforun qırmızı işığından keçmək ağır fəsadlara səbəb ola bilər.Buna görə də svetofora yaxınlaşdıqda sürəti azaltmalı, lazım olan təhlükəsizlik tədbirləri görməli və siqnalların tələblərinə riayət olunmalıdır".
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












