Bakıda keçirilən “Poçt Liderləri Forumu”nun birinci günü yekunlaşıb - FOTO

Bu gündən etibarən üç gün ərzində Bakı şəhəri Ümumdünya Poçt İttifaqının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt”un dəstəyi ilə “Poçt Liderləri Forumu”na ev sahibliyi edir. Avtosfer.az xəbər verir ki, Avropa və MDB regionunu əhatə edən “Poçt Liderləri Forumu”nun birinci günü “Poçt sənayesində e-ticarətin gələcəyi”, “Sərhədlərarası elektron ticarətdə innovasiyaların təşviqi”, “Texnologiyaya əsaslanan ekosistemdə poçt və bağlamaların gələcəyi” kimi mövzulara həsr olunub.
Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosunun baş direktor müavini Marjan Osvald medianın suallarını cavablayarkən aşağıdakı fikirləri səsləndirib:
“Burada olduğumuz üçün Azərbaycana çox təşəkkür edirəm və minnətdaram. Həqiqətən möhtəşəm təşkilatçılıq edirsiniz. “Azərpoçt” yaxşı işlər görür. “Azərpoçt” ötən illərdə bir neçə sertifikatla təltif olunub. Vurğulamaq istəyirəm ki, dövlət dəstəyi olmadan poçtların aktiv fəaliyyəti mümkün deyil. Çünki məktub poçtu, demək olar istifadə edilmir. Eyni zamanda, operatorlar üçün elektron ticarət xidmətində böyük imkanlar yaranıb. Amma elektron ticarət yalnız çatdırılmadan ibarət deyil, o həm də ixrac fəaliyyəti olaraq ölkənin ümumi daxili məhsuluna əlavə dəyər gətirən bir fəaliyyətə çevrilir”.

Tədbirdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyəti sədri vəzifəsini icra edən İsi Mustafayev bildirib ki, forumda 30-dan çox ölkədən 180-ə yaxın nümayəndə iştirak edir.
“Bu forumda iştirak edənlər Avropa və MDB ölkələrinin poçt təşkilatlarının rəhbərləri, elektron ticarət və akademik mühitin aparıcı nümayəndələridir. Artıq 2-ci dəfədir ki, Bakı regional poçt tədbirinə ev sahibliyi edir. “Azərpoçt” olaraq bu tədbirə dəstək göstərməkdə məqsədimiz poçt və e-ticarət sektorunun inkişafına və əməkdaşlıqların genişlənməsinə töhfə vermək, nəticədə milli poçt operatorunun beynəlxalq müstəvidə mövqeyini möhkəmlətməkdir”, - deyə İsi Mustafayev əlavə edib.
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO










