Bakıda özünü DTX əməkdaşı kimi qələmə verən şəxsin insanlardan pul aldığı iddia edilir - VİDEO

Son günlər sosial şəbəkələrdə özünü Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşı kimi təqdim edən şəxsin insanlardan pul aldığına dair paylaşımlar edilir.
İddia edilir ki, həmin şəxs daha çox paytaxtın Nəriman Nərimanov metro stansiyasının çıxışında taksilərə minir və bir qədər yol getdikdən sonra sürücülərdən pul tələb edir.
Dövlət Təhlükəsizlik Xidməti ( DTX ) əməkdaşı kimi özünü təqdim edib, sürücülərdən pul alan bu şəxsin kim olduğu məlum deyil. Son aylarda müntəzəm olaraq taksi fəaliyyəti göstərən şirkətlərin proqramları üzərindən komfort tipli maşınları idarə edən sürücülər bənzər hadisələrdən şikayətçidirlər.
Bütün bu hadisələri birləşdirən isə eyni görüntüyə malik olan sərnişindir. Səliqəli geyimdə (adətən kostyum, qalstuk, qara və ya ağ köynək) olan bu şəxs sürücülərdən müxtəlif bəhanələrlə, müxtəlif məbləğlərdə vəsaitlər alaraq aradan çıxır. Sürücülər Daxili İşlər Nazirliyinin ərazi üzrə polis bölmələrinə müraciət etdiklərini bildirirlər. Məsələ burasındadır ki, həmin şəxs (və ya şəxslər) öz əməllərini eyni ssenari üzərindən hələ də davam etdirir(lər).
Oxu.Az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğuya cavab olaraq bildirib ki, sözügedən məsələdən məlumatlıdırlar:
“Məsələ ilə bağlı araşdırma aparılır. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək”.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












