Bakıda qaydaları pozan sürücülərin görüntüləri - VİDEO

Bakıda yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücülərin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, birinci hadisədə 99-UP-076 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil qoşa xəttin tələblərini pozaraq, qarşı yola çıxıb və işıqforun qırmızı işığından keçib.
Digər hadisədə 90-MC-007 dövlət nömrə nişanlı “Mazda” markalı avtomobil 1.3 üfüqi nişanlama xəttini pozaraq, tuneldə qarşı yola çıxıb. Bununla kifayətlənməyən sürücü ziqzaqvari hərəkət edərək, əvvəlcə yolun ən sağ zolağına çıxıb, daha sonra isə qəfil sola manevr edib və sol zolağa keçib.
Üçüncü paylaşılan videoda isə üç avtomobilin qayda pozuntusu əks olunub. Belə ki, 99-UE-350 dövlət nömrə nişanlı avtomobil 1.3 üfüqi nişanlama xəttinin tələblərini pozub və əks yola çıxaraq, qarşıdan gələn avtomobillərə təhlükə yaradıb.
90-TZ-200 dövlət nömrə nişanlı maşının sürücüsü avtomobili işıqforun qırmızı işığında sürüb.
Növbəti görüntülərdə isə 10-XA-203 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobil qarşıda tıxac olduğunu görərək, qoşa xəttin tələblərini pozub və qarşı yola çıxıb.
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA












