Bakıda ŞOK alver; onlayn yolla narkotik vasitələr satanlar tutuldu - FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat həyata keçirilib. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, Baş İdarəyə Murad adlı şəxsin “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumat daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində paytaxt sakini Murad Rəhmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 70 qram narkotik vasitə heroin, 8 qram metamfetamin və narkotik vasitələrin satışından əldə etdiyi 3870 manat pul aşkar edilib. M.Rəhmanov ifadəsində qeyd edib ki, narkotik vasitələri onun tapşırığı ilə tanışları Rəmzan Muradov və Vüsal Məmmədzadə adlı şəxslər paytaxtın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan “Whatsapp” vasitəsi ilə həmin yerlərin şəklini çəkib ona göndəriblər. Onlayn yolla narkotik sirafiş verən adamlar pulu onlayn ödəmə terminalları vasitəsi ilə Murad Rəhmanov kart hesabına köçürəndən sonra o, narkotik vasitələri götürmələri üçün həmin yerlərin şəklini müştərilərə ötürüb.
Qeyd edək ki, Murad Rəhmanov narkotik vasitələrin satışından onun hesabına köçürülən pulları nağdlaşdırmaq üçün bankomatlara gedən zaman tanınmamaq üçün tibbi maska və gün eynəyindən istifadə edib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Murad Rəhmanovun narkokuryerləri olan Rəmzan Muradov və Vüsal Məmmədzadə də saxlanılaraq instintaqa cəlb ediliblər. Rəmzan Muradovun üzərindən 5 ədəd ekstrazi həbi, 3 qram metamfetamin, Vüsal Məmmədzadədən isə 3 qram metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.
Fidan
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO


















