Bakıda sürücülər qaydaları belə pozdular - VİDEO

Bakıda yol hərəkəti qaydalarına məhəl qoymayan avtomobillərin sürücüləri kameraya düşüb.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Görüntülər Bakının Binəqədi rayonunda qeydə alınıb.
Videonun birinci hissəsində üç avtomobil üfüqi nişanlama xəttinin tələblərini pozaraq, qarşı yola çıxıb və qarşıdan gələn avtomobillərə təhlükə yaradıb.
İkinci hissədə isə avtomobil qoşa xəttin tələblərini pozaraq, dönmə əməliyyatını yerinə yetirib. Bu zaman sürücü qarşıdan gələn avtomobilləri belə nəzərə almayıb.
İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində qeyd edilir ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11-ci üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə sürücü 100 manat, 4 bal cərimə edilir.
Həmin görüntüləri təqdim edirik:
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











