Bakıda təmiri yarımçıq qalan yolda yenidən iş başlanıb - VİDEO

Artıq sürücülər Hövsan qəsəbəsinə daha rahat və təhlükəsiz şəkildə gedib-gələ biləcəklər. Çünkü uzun müddətdir ki, təmiri yarımçıq qalan Zığ-Hövsan yolunda işlər yenidən başlanıb.
Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda çökmüş və yararsız hissələrdə yeni yol yatağının inşası aparılır, mühəndisi-kommunikasiya xətləri köçürülür, 1-1.5 metr dərinlikdə yol yatağının yararsız qrunt qazılaraq çıxarılır.
Zığdan-Hövsana qədər yolun ümumi uzunluğu 7 km-ə yaxındır. Uzun müddətdir ki, həmin yolun əsaslı şəkildə yenidən qurulmaması sürücülərə çətinlik yaradırdı. Yol boyu avtomobillərin rahat və təhlükəsiz geridönməsi və yolüstü yaşayış massivlərinə getmələri üçün imkanlar yaradılacaq.
Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə 3 yerdə piyada keçidləri də inşa edilir. Keçidlərinin birində son tamamlanma işləri aparılır.
Yenidənqurma işləri çərçivəsində yol boyu ayrıcı zolaqda ikitərəfli müasir işıqlandırma sistemləri qurulur.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












