Bakıətrafı ərazilərdə 4 dəmir yolu xəttinin bərpası planlaşdırılır

Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2030-cu illərədək 4 dəmir yolu xəttinin bərpası planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
Beləki, 2026−2028-ci illər ərzində Bakıxanov−Binə−Qala dəmir yolu xəttinin bərpası ilə bağlı elektrik təchizatı və rabitə-işarəvermə sisteminin yenidən qurulmasının layihə-smeta sənədlərinin və icra qrafikinin hazırlanması planlaşdırılır. Yeni Suraxanı−Hövsan dəmir yolu xəttinin bərpası 2026−2027-cı illərdə, Zabrat−Maştağa−Bağlar xəttinin bərpası 2028−2030-cu illərdə, Güzdək−Qaradağ xəttinin bərpası isə 2027−2029-cu illərdə planlaşdırılır.
Bununla yanaşı, 2025-2027-ci illərdə Bakı-Xırdalan-Sumqayıt xəttinin, 2026−2028-ci illərdə isə Bakı-Pirşağı-Sumqayıt xəttinin təkmilləşdirilməsi nəzərdə tutulur.
Bakı, Sumqayıt şəhərlərində və bütövlükdə Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli yollardan biri hesab olunan Abşeron dairəvi dəmir yolu xətti 2020-ci ildən tam istifadəyə verilib və iki hissədən ibarətdir: Bakı sərnişin – Biləcəri – Sumqayıt və Bakı sərnişin – Sabunçu–Sumqayıt dairəvi xəttinin ümumi uzunluğu 198 kilometrdir. Son 20 il ərzində sözügedən xətt üzrə ümumilikdə 38 milyon səfər təşkil olunmuş, xəttin tam istifadəyə verilməsindən indiyədək isə sərnişindaşıma həcmi 5 dəfəyədək artıb (orta illik artım tempi 48 %). 2024-cü ildə dəmir yolu ilə 8 milyondan çox sərnişin səfəri həyata keçirilib ki, bu da 2023-cü illə müqayisədə 1,4 milyon artım deməkdir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












