Bakının bu ərazilərinə sürət qatarı işləyəcək

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması, gündəlik hərəkətliliyin daha səmərəli təşkili və sakinlərin rahatlığının artırılması məqsədilə yeni nəqliyyat layihələrinin icrası nəzərdə tutulur. Tıxacların qarşısının alınmasına hesablanan bu təşəbbüslər çərçivəsində dəmir yolu infrastrukturunun genişləndirilməsi, sərnişindaşıma imkanlarının artırılması və yeni marşrutların istismara verilməsi planlaşdırılır.
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, qurum “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq mövcud sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi məqsədilə tədbirləri davam etdirir:
“O cümlədən Abşeron dairəvi dəmiryol marşrutu üzrə dəmiryol xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara buraxılması nəzərdə tutulur. Sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi məqsədilə Dərnəgül stansiyasında tikinti işləri sürətlə davam etdirilir. Artıq tikinti işlərinin 58 faizi yekunlaşıb. Həmçinin qarşıdakı dövrdə Saray qəsəbəsində qatarlara dayanacaq verilməsi planlaşdırılır. Bundan başqa, Dövlət Proqramına əsasən, 2026-2028-ci illərdə Bakıxanov–Binə–Qala, 2026-2027-ci illərdə Yeni Suraxanı–Hövsan və 2028-2030-cu illərdə Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur. Həmçinin 2030-cu ilədək 10 yeni sərnişin qatarının alınması nəzərdə tutulur və hazırda bu istiqamətdə işlər davam etdilir”.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












