Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO

Təcili tibbi yardım xidməti əməkdaşlarının mənzil başına vaxtında çatmaması, üstəlik təcili yardım avtomobillərinin qəzalara səbəb olması, hətta ölüm hadisələri ilə nəticələnməsi cəmiyyətdə ciddi narazılıq yaradır. Avtosfer.az "BakuTv"yə istinadən xəbər verir ki, ardınca verilən açıqlama isə demək olar ki, eynidir:
Qaydaları kobud şəkildə pozan 15 yaşlı sürücü 4900 manat cərimələndi - VİDEO
"Çağırışa gedirdik".
Vətəndaşlar bildirirlər ki, təcili tibbi yardıma ehtiyac yaranan zaman çağırışlara cavab çox zaman gecikir. Bəzən briqadalar bir saatdan, bəzən isə saatlar keçdikdən sonra ünvana çatırlar.
Problemlə üzləşən sakinlər mövcud vəziyyəti belə təsvir edirlər:
"Bir ay bundan öncə evimdə ağır xəstə var idi. Gecə 4-5 radələrində təcili yardıma zəng vurdum. Dedilər 15-20 dəqiqə ərzində yaxınlaşırıq. İkinci dəfə yenə zəng vurdum. Dedilər ki, Abşeron ərazisində cəmi iki maşınımız var, çatdıra bilmirik. Bir saat sonra yaxınlaşdılar".
Nəqliyyat eksperti Elməddin Muradlı isə məsələni belə şərh edib:
"Təcili yardım maşınları operativ nəqliyyat vasitəsi sayılır. Və biz də hər zaman onu təbliğ edirik ki, operativ nəqliyyat vasitələrinə digər sürücülər, hətta piyadalar yol verməlidirlər. Çünki Yol hərəkəti haqqında Qanunun tələbinə görə, hətta piyada keçidində olan piyada belə operativ nəqliyyat vasitəsi yaxınlaşanda dərhal yolu boşaldıb ona yol verməlidir".
Yol qəzalarının acı mənzərəsi: Hər rəqəmin arxasında bir insan var - VİDEO
“Prezidentin tapşırığından 7 il keçsə də, hələ də bir sıra yollarımız zülmət içindədir” - Elməddin Muradlı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?












