Bakının daha bir ərazisində yol hərəkətində dəyişiklik edildi - FOTO

Bakının Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, Şəfayət Mehdiyev küçəsinin Ə.Haqverdiyev və Lev Landau küçələrini əlaqələndirən hissəsi təmir edilərək istifadəyə verilib və bu səbəbdən işıqfor obyektində əlavələr edilib.
Yeni quraşdırılmış işıqforun iş prinsipinə əsasən, Ş.Mehdiyev küçəsinin yeni istifadəyə verilmiş hissəsindən (Hüseyn Cavid parkı tərəfdən) Ə.Haqverdiyev küçəsi ilə kəsişməyə doğru hərəkət edən nəqliyyat vasitələri kəsişmədən düzünə və sağa hərəkət edəcəyi halda, qarşı tərəfdən gələn nəqliyyat vasitələri istənilən istiqamətə yönələ biləcəklər. Lakin həmin istiqamətdən (Hərbi şəhərcik tərəfdən) sola dönən nəqliyyat vasitələri qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə yol verərək onlar üçün ayrılmış növbəti fazada hərəkətlərini davam etdirəcəklər. Həyata keçirilmiş dəyişiklikdən sonra artıq nəqliyyat vasitələrinin Lev Landau küçəsindən qısa müddətdə Ş.Mehdiyev və Ə.Haqverdiyev küçələrinin kəsişməsinə çıxışı mümkün olacaq. Bununla da Hüseyn Cavid prospekti və onu əhatə edən digər küçələrin nəqliyyat yükü azaldılacaq.
"Bakı Nəqliyyat Agentliyi sürücülərdən sözügedən yol sahəsindən keçərkən yeni hərəkət sxeminə diqqət etməsini, yol nişanlarının, nişanlanma xətlərinin və svetoforun tələblərinə riayət etməsini, qəza hallarının yaranmasına şərait yaratmamasını xahiş edir", - deyə qurum bəyan edib.

Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











