Bakıya qarşı “terror” həmləsi: Hədəfdə 6 nəfər var

Bakıda saxlanılan keçmiş qondarma rejimin “liderləri” və digər separatçılar barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddəti uzadılıb. Buna paralel olaraq Niderland Krallığının Parlamentinin Nümayəndələr Palatasının 10 oktyabr tarixində Azərbaycan əleyhinə iki qətnamə qəbul etməsi diqqət çəkib.
Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışında bu qətnamələri dəstəkləməsi və separatçıları “hərbi əsir” kimi qələmə verməyə çalışması isə birmənalı qarşılanmayıb. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Milli Məclis bu iddialara sərt reaksiya ilə cavab veriblər.
Qərbin bənzər reaksiyaları terrorçuları, separatçıları müdafiə etməsi ilk belə hal deyil. Məsələn, yaxın keçmişdə separatçı, radikal, dini terrorçular olan “Sadval” təşkilatının üzvləri və ya qondarma “Talış-muğan muxtar respublikası”nın “rəhbəri” Ələkrəm Hümbətovla bağlı analoji qərarlara da Qərb eyni yanaşmanı sərgiləyib.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Niderland Parlamentinin Nümayəndələr Palatasının qəbul etdiyi iki qətnamə bizim nəzərimizdə sadəcə kağız parçasıdır:
“Bənzər təşəbbüslər bundan öncədə dəfələrlə olub. Mümkündür ki, sonrada olacaq. Bu qətnamələrin heç bir hüquqi tərəfi yoxdur. Yəni qəbul edilsə də, icrası istiqamətində heç bir mexanizm müəyyən olunmayıb. Bu qətnaməyə əməl etməsək, Niderland bizə nə edə bilər ki? Krallığın Bakıya nə hərbi təzyiq, nə də iqtisadi sanksiya tətbiq etmək kimi bir potensiyalı var.
Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, David Babayan, David İşxanyan, David Manukyan və digərləri separatçıdır. Separatçılıq heç bir ölkədə xoş qarşılanmır. Əgər belə olsaydı, Avropada sağlam ölkə qalmazdı. Beynəlxalq hüquqla tanınan sərhədlər var və onların pozulması qəbul edilməzdir. Separatçılıq ciddi bir təhdiddir. Yəni bu məsələ elə ən çox Avropanın başına bələ ola bilər. Digər tərəfdən rəsmi Bakı adı çəkilən şəxslərə qarşı heç bir qeyri-insani rəftar sərgiləmir, bütün beynəlxalq qaydalara əməl edir. Bununla belə bizi təhdid etmək, günahkar çıxarmaq açıq qərəz nümunəsidir”.
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Parklanmanız üçün bir tətbiq - “AzParking”
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA
Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə











