Bayram günlərində Bakıdan Ağstafaya əlavə qatar reysi təyin edilib

Bayram günlərində Bakıdan Ağstafaya axşam saatlarında, Ağstafadan Bakıya isə səhər saatlarında qatar təyin olunur.
Azərbaycan Dəmir Yollarından (ADY) Avtosfer.az-a bildirilib ki, noyabrın 7-dən 11-dək Bakıdan saat 23:55-də yola düşən qatar Ağstafaya saat 06:40-da çatacaq. Noyabrın 8-dən 12-dək Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya saat 15:50-də çatacaq. Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə təşkil olunacaq. Əlavə reyslər üzrə hərəkət edən qatar həmişəki dayanacaqlardan başqa, Ucar stansiyasında da dayanacaq.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:46-da Ağstafaya, əks istiqamətdə saat 17:30-da Bakıya yola düşən qatar isə saat 22:35-də mənzil başına çatır. Biletləri ady.az-dan və "ADY Mobile" tətbiqindən əldə etmək mümkündür.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












